ABŞ-nin yeni prezidentinin kriptovalyuta ticarətinin həcmi 11 milyard dolları ötüb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın kriptovalyutası ilə ticarətin həcmi bir gündə 11,17 milyard dollara çatıb.

“Report” xəbər verir ki, bunu “CoinMarketCap” portalındakı məlumatlar göstərir.

Eyni zamanda, $TRUMP valyutasının dəyəri bir gündə 7 dollardan 38 dollara, yəni 5,5 dəfə artıb.

İqtisadçılar Trampın Bitcoin-ə qeyri-məhdud azadlıq verəcəyini, o cümlədən onun hökumət ehtiyatlarına mümkün daxil edilməsini və ABŞ dövlət borcunun onun hesabına ödənilməsini gözləyirlər.