Putin: Rusiya ABŞ-ın yeni Administrasiyası ilə Ukrayna münaqişəsinə dair dialoqa açıqdır

“Rusiya ABŞ-ın yeni Administrasiyası ilə Ukrayna münaqişəsinə dair dialoqa açıqdır”.
APA xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında bildirib.
Putin əlavə edib ki, burada ən vacib məsələ böhranın köklü səbəblərini aradan qaldırmaqdır: “Biz bu barədə dəfələrlə danışmışıq. Ən vacib olanı böhranın köklü səbəblərini aradan qaldırmaqdır".