ABŞ Prezidenti Donald Trampın Panama və onun kanalı ilə bağlı dediyi sözləri tamamilə rədd edirəm.
Axar.az xəbər verir ki, bu sözləri Panama Prezidenti Xose Mulino Trampım bəyanatına cavab olaraq deyib.
“Kanal Panamaya məxsusdur və olacaq. Dünyada elə bir ölkə yoxdur ki, bizim hakimiyyətin işinə qarışsın. Kanal heç kimin güzəşti deyil. Bu, 1999-cu ildə Torrixos-Karter Müqaviləsi ilə yekunlaşan nəsillər mübarizəsinin nəticəsi idi. Və o vaxtdan bəri, 25 il davamlı olaraq, biz dünyaya və onun ticarətinə məsuliyyətlə xidmət edərək, onu idarə etdik və genişləndirdik”, - o bildirib.
Qeyd edək ki, Donald Tramp ötən gün baş tutan andiçmə mərasimində Panama kalanını ABŞ-ın nəzarətinə qaytaracağını bir daha elan edib.