Bu ölkədə koronavirusa qarşı peyvənd sınaqdan keçirilir

Yanvarın 21-də Finlandiyada koronavirusa qarşı peyvəndin yaradıcısı “Rokote Laboratories Finland” yeni preparatın insanlar üzərində sınaqlarına başlayıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, preparatın burun vasitəsilə tətbiqinin üstünlüyü onun sadəliyindədir. Çünki bu, əhalinin daha az resurslarla kütləvi peyvənd edilməsinə və vaksinasiyanı tez bir şəkildə təşkil etməyə imkan verəcək.

Tədqiqat zamanı vaksinin uyğun dozası müəyyən ediləcək, həmçinin burun peyvəndinin hansı üsul ilə sprey və ya damcı vasitəsilə daha yaxşı tətbiq olunduğu yoxlanılacaq. Peyvənd 18-75 yaş arası sağlam könüllülərə vurulacaq. Tədqiqat təxminən dörd ay davam edəcək.