O, Makronun ayağı altdan kətili çəkdi - Dugin

Rusiya və ABŞ qlobalistlərə qarşı hər iki tərəfdən zərbə vurdular və ABŞ Prezidenti Donald Trampın qayıdışı onların ayağə altından kətil çəkildi.

Axar.az bunu rusiyalı ultra-mühafizəkar filosof və “Rus dünyası”nın ideoloqu Aleksandr Dugin deyib.

“Maraqlıdır ki, qlobalistlərə hər iki tərəfdən zərbə vuruldu. Biz öz tərəfimizdən çoxqütblü dünya qurmağa başlamışıq. Liberalizmi bir ideologiya kimi cəmiyyətimizdən təmizləməyə başladıq və açıq şəkildə ənənəvi dəyərlərə üz tutduq. Və bu, bir cəbhə idi. Amma indi eyni liberalizmə, eyni qlobalizmə daxildən, Vaşinqtonun özündən zərbə vurulub”, - Dugin bildirib.

Onun sözlərinə görə, Trampın gəlişi ilə İngiltərənin Baş naziri Keyr Starmer və ya Fransa Prezidenti Emmanuel Makron kimi qlobalistlərin ayağı altdan, sözün əsl mənasında, kətil “yıxılıb”.