İYİ Partiyasının sədri Maral Akşənərin prezident yardımçısı olacağı artıq dəqiqləşib və bu razılaşma tərəflər arasında əldə olunub.
Axar.az xəbər verir ki, bunu Sözcü TV-nin qalmaqallı aparıcısı Fateh Portağal deyib.
Onun iddiasına görə, AKP-nin 23 fevralda keçiriləcək böyük qurultayından sonra mart ayında yeni kabinet elan ediləcək və bu kabinetdə Maral Akşənər köməkçi kimi yer alacaq.
Məsələ ilə bağlı hələlik nə Maral Akşənər, nə də AKP tərəfindən rəsmi açıqlama verilib.
Qeyd edək ki, bundan öncə M.Akşənər vitse-prezident təyin ediləcəyi barədə məlumatı təkzib etmişdi.