Fələstin rəhbərliyi Fələstin xalqını Qəzza zolağından köçürməyə yönəlmiş hər hansı plan və ya layihəni qəti şəkildə rədd edir.
APA xəbər verir ki, bu barədə Fələstin Prezident Administrasiyasının açıqlamasında deyilir.
“Fələstin Prezident Administrasiyası Fələstin xalqının Qəzza zolağından köçürülməsinə yönəlmiş hər hansı plan və ya layihəni qəti şəkildə rədd edir və pisləyir. Fələstin xalqının heç vaxt öz torpaqlarını və müqəddəs yerlərini tərk etməyəcəyini vurğulayırıq və 1948 və 1967-ci illərdəki fəlakətin təkrarlanmasına imkan verməyəcəyik. Xalqımız mətanətdə qalacaq və öz vətənlərini tərk etməyəcək", - açıqlamada deyilir.