İran XİN: Tramp komandası ilə mesaj mübadiləsi etməmişik

Avropa ilə Rusiya arasında nüvə danışıqlarının formatı ilə bağlı fikir ayrılıqları var. Biz bu problemi həll etməliyik.
APA xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Məcid Təxtrəvançi ISNA-ya müsahibəsində deyib.
Diplomat Trampın İrana qarşı siyasəti ilə bağlı qarşılıqlı məsləhətləşmələr apardığını vurğulayıb: “Dostlarımızla məsləhətləşərək Trumpla necə davranacağımızı düşünürük. Biz Tramp komandası ilə mesaj mübadiləsi etməmişik”.

Nazir müavini Avropa İttifaqı ilə müzakirələrə də toxunub: “Biz Aİ ilə nüvə məsələsi və sanksiyalarla bağlı bəzi təfərrüatları müzakirə etdik. 1 ay ərzində yeni danışıqların baş tutmasını gözləyirik”.
“Biz Qərblə regional məsələlər haqqında danışırıq. Danışıqlara qeyri-nüvə məsələləri daxil etməyəcəyik. İranın zəif olması və danışıqlar zamanı güzəştə gedə biləcəyi iddiaları cəfəngiyyatdır”, - o qeyd edib.