Hatayın İsgəndərun rayonunda paraşütçü pilot və paxlava ustası maraqlı iş həyata keçirib. İkili Amanos dağlarından tullanaraq paraşütlərlə səmada üzərkən paxlava hazırlayıb.

Sherg.az xəbər verir ki, Amanos dağlarında uçuş sahəsinə gedən paraşüt pilotu İlker Özgüven və paxlava ustası Ali Paksoy yanlarına nimçə, oxlov, xəmir kimi material və avadanlıqları götürərək yamaclardan havaya qalxaraq tandem paraşüt uçuşu həyata keçiriblər.
Özgüven paraşütün səmada sağ-salamat üzməsini təmin edərkən, Paksoy “bülbül yuvası” desertini hazırlayıb və üfleyici ilə bişirib.


İkili daha sonra şərbət tökdükləri deserti havada dadıblar.
Şirniyyatı hazırlamaqda çətinlik çəkdiklərini ifadə edən Özgüven, "Bir az xəmir göydə uçdu, çətin oldu, amma ustamız etdi. Nəhayət, bülbül yuvası düzəldə bildik. Fənərlə od vuraraq yandırdıq. Zövqlə hazırladığımız bülbül yuvasını yedik. Ona görə də hər kəsin bunu hiss etməsi lazım olduğunu düşünürəm" deyə danışıb.
Paxlava ustası Ali Paksoy 25 ildir hazırladığı deserti səmada hazırlayarkən həyəcanlandığını da qeyd edib.