Nyu Yorkda federal hakimiyyət orqanları qeyri-qanuni miqrantlara qarşı ilk genişmiqyaslı reydlərə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə "Nyu York Post" qəzeti İmmiqrasiya və Gömrük Mühafizəsi nümayəndələrinin bəyanatına istinadən məlumat yayıb.
Əməliyyatlar yanvarın 28-nə keçən gecə 200-dən çox adamın saxlanıldığı Kvins və Bruklin rayonlarında başlayıb.
Bildirilib ki, həbslər zamanı biometrik məlumat bazalarından və sosial şəbəkələrin monitorinqindən istifadə edilir. Məqsəd qeyri-qanuni miqrantlarla əlaqədə olan cinayətkar qrupları sıradan çıxarmaqdır.