Yaxın Şərqdə gərginliyin yeganə mənbəyi İrandır - Rubio

Yaxın Şərqdə gərginliyin yeganə mənbəyi İrandır.

Axar.az xəbər verir ki, bunu İsraildə səfərdə olan ABŞ Dövlət katibi Marko Rubio Baş nazir Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Hər bir terror qruplaşmasının, hər zorakılıq aktının, sabitliyi pozan hər bir fəaliyyətin, bu regionu vətəni adlandıran milyonlarla insanın sülh və sabitliyini təhdid edən hər şeyin arxasında İran dayanır. Heç vaxt nüvə İranı ola bilməz. Bu, heç vaxt baş verə bilməz”, - Rubio bildirib.