Uludağda hotel yanıb, ölən var

Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən hotellərdən birində yanğın olub.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın nəticəsində xəsarət alanlar olub.

Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Mustafa Bozbey bildirib ki, yanğında bir nəfər ölüb, 4 nəfər xilas edilib.

Hazırda yanğının qarşısının alınması üçün tədbirlər davam etdirilir.

Qeyd edək ki, yanan hotelin turizm fəaliyyəti göstərməyə dair sənədi olmayıb və yanvar ayında bağlanılmasına qərar verilib.