İsrailin Qəzza zolağının şimalına endirdiyi hava hücumu nəticəsində HƏMAS sözçüsü Əbdül Lətif əl-Qanua öldürülüb.
APA xəbər verir ki, bu haqda “Reuters“ hərəkatın nəzarətində olan əl-Əqsa telekanalına istinadən məlumat yayıb.
“əl-Cəzira” telekanalının məlumatına görə, Əbdül Lətif əl-Qanua İsrailin hava hücumlarına məruz qaldığı zaman Cəbəliyə şəhərində çadırda olub. Fələstinin “Quds News Network” agentliyi HƏMAS nümayəndəsinin cəsədinin fotosunu da dərc edib.
“əl-Cəzirə” xəbər verir ki, İsrailin martın 26-da Qəzzanın şimalına hücumu nəticəsində azı 26 nəfər həlak olub.