Ərdoğan Pezeşkianla danışdı, təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Liderlər ikitərəfli münasibətləri, həmçinin regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Telefon danışığında Ərdoğan həmkarını Ramazan bayramı münasibətilə təbrik edib.