KİV: İraqda İranın dəstəklədiyi qüvvələr tərksilah olmağa hazırdır

İraqda İranın dəstəklədiyi bir neçə güclü milis qrupu Tramp administrasiyası ilə münaqişənin gərginləşməsinin qarşısını almaq üçün tərksilah olmağa hazırdır.

APA xəbər verir ki, bu barədə 10 yüksək rütbəli komandir və İraq rəsmisi “Reuters“ə bildirib.

Bildirilib ki, gərginliyin azaldılması istiqamətində atılan addım Trampın yanvarda hakimiyyətə gəlməsindən sonra ABŞ rəsmilərinin İraq hökumətinə özəl olaraq təkrar etdiyi xəbərdarlıqlardan sonra atılıb.

“İraqda İranın dəstəklədiyi bir neçə güclü milis qrupu Tramp administrasiyası ilə artan münaqişə təhlükəsinin qarşısını almaq üçün ilk dəfə tərksilah olmağa hazırdır”, - mənbələrin məlumatında deyilir.

Mənbələrin sözlərinə görə, Ağ Ev rəsmilərinin Bağdada xəbərdarlığında qeyd edilib ki, əgər İraq öz ərazisində fəaliyyət göstərən milisləri dağıtmaq üçün hərəkətə keçməsə, ABŞ hava hücumları ilə qrupları hədəfə ala bilər.