Suriyanın şimalı türkmana tapşırıldı: PKK-ya zərbə...

Suriya Milli Ordusunun II korpus komandiri Fehim İsa müdafiə nazirinin köməkçisi və şimal regionu üzrə komandan təyin edilib.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, milliyətcə türkman (azərbaycanlı - red.) olan İsanın bu vəzifəyə gətrilməsi şimalda hərbi idarəçilik tələb edən YPG/PKK-ya xəbərdarlıq mesajı kimi şərh edilir.

Qeyd edilir ki, F.İsa 2023-cü ildə Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşmüşdü.