İlon Mask ABŞ administrasiyasındakı vəzifəsindən getməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” (WP) məlumat yayıb.
Nəşr yazır ki, İlon Mask solçu siyasi qüvvələrdən gələn hücumlardan yorulub və ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsini tərk etmək barədə düşünür.
Amerikalı milyarder yoxluğunun sözügedən departamentin fəaliyyətinə mənfi təsir etməyəcəyini hesab edir, çünki departamentin əməkdaşları artıq prosesi nizama salıblar.
Onun vəzifəsindən ayrılacağı dəqiq tarix açıqlanmasa da, Maskın xüsusi dövlət xidmətçisi statusunun mayın sonunda bitəcəyi gözlənilir.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Maskın hələ bir neçə ay administrasiya üçün işləyəcəyini bildirib.