İsrail Roma Papasının xatirəsinə yazılmış postu sildi

İsrail Xarici İşlər Nazirliyi Roma Papası Fransiskin xatirəsinə yazılmış postu silib.
Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.
Qeyd olunub ki, Papanın ölümündən sonra İsrail XİN-i sosial şəbəkədə post paylaşıb:

“Rahat yatın, Papa Fransisk. Ruhunuz şad olsun”.

Lakin sonradan sözügedən post silinib. Nəşr bunu Papanın İsrailin Qəzzada HƏMAS-a qarşı apardığı müharibə barədə açıqlamaları ilə əlaqələndirir.

Papa İsrail ordusunu uşaqları bombalamaqda və pulemyotlardan atəşə tutmaqda ittiham edib.

İsrailin Vatikandakı keçmiş səfiri Rafael Şuts isə deyib ki, İsrail XİN-i tərəfindən postların silinməsi səhv olub:

“Kiminsə ölümündən sonra belə hesablaşmamalısan”.