Zelenski London görüşündən razı qaldı

“Bu gün gərgin emosiyalarla zəngin idi”.

Teleqraf xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında belə yazıb.

Bununla belə, Prezident bu gün Londonda beş ölkənin görüşünün ümidverici keçdiyini söyləyib.

O yazıb: “Yaxşı ki, beş ölkə sülhü yaxınlaşdırmaq üçün görüşdü. Ukrayna, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya. Tərəflər öz fikirlərini bildirib, bir-birinin mövqeyini hörmətlə qəbul etdilər”.

Ukrayna rəhbəri ümid edir ki, məhz bu cür birgə iş davamlı sülhə gətirib çıxaracaq. O bildirib: “Biz tərəfdaşlarımıza minnətdarıq. Ukrayna hər zaman öz Konstitusiyasına uyğun hərəkət edəcək və biz tam əminik ki, tərəfdaşlarımız, xüsusən də ABŞ öz qəti qərarlarına uyğun davranacaq”.