ABŞ-ın 12 ştatı Trampın tətbiq etdiyi rüsumların ləğvi üçün məhkəməyə müraciət edib

ABŞ-da 12 ştatın Demokrat baş prokurorları prezident Donald Trampın bir sıra ölkələrə rüsumları artırmasının legitimliyinə etiraz edərək məhkəməyə müraciət ediblər.

APA xəbər verir ki, bu haqda “NBC News” məlumat yayıb.

Nyu-York, Arizona, Kolorado, Konnektikut, Delaver, İllinoys, Men, Minnesota, Nevada, Nyu-Meksiko, Oreqon və Vermont ştatları rüsumların ləğv edilməsini tələb edir.

"Prezident konstitusiya quruluşunu sarsıtdı və ABŞ iqtisadiyyatına xaos gətirdi", - iddiada deyilir.

Qeyd edək ki, bu ilin aprel ayının 2-də Tramp 185 ölkəyə gömrük rüsumları tətbiq etdiyini açıqlayıb.