Millət vəkili, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa xoşbəxt gün, saatlar yaşadığını dilə gətirib.
Sherg.az xəbər verir ki, millət vəkili iki sevincli xəbəri ictimaiyyətlə bölüşüb:
"Yaradana min şükür! Bir azdan Antalyada Türkiyə millət vəkilləri ilə final matçına çıxacağıq. İndicə gözəl bir xəbər aldım. Ocağımızın ilk nəvəsi-Atabəy dünyaya gəldi. Hamıya bu gözəllik nəsib olsun, bu gözəlliyi indiyədək yaşayanların da Allah nəvələrini xoşbəxt etsin! İnanılmaz bir duyğu yaşayıram".