Tramp Zelenskini Rusiya ilə İstanbul danışıqlarına “dərhal” razılaşmağa çağırdı

"Rusiya prezidenti Putin Ukrayna ilə atəşkəs istəmir, daha çox müharibənin sona çatma ehtimallarını müzakirə etmək üçün cümə axşamı Türkiyədə görüşmək istəyir".

Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında belə yazıb.

O bildirib: "Ukrayna buna DƏRHAL razılaşmalıdır. Ən azı onlar razılaşmanın mümkün olub-olmadığını müəyyən edə bilərlər, əgər mümkün deyilsə, Avropa liderləri və ABŞ hər şeyin nə yerdə olduğunu anlayacaq və buna uyğun hərəkət edəcək!"

D.Tramp bildirib ki, Ukraynanın Putinlə razılaşacağına ümid eləmir. O yazıb: "Mən şübhə etməyə başlayıram ki, Ukrayna başı İkinci Dünya Müharibəsini qeyd eləməyə çox qarışmış Putinlə razılaşmaya gedə, hərçənd o müharibədə Amerika Birləşmiş Ştatları olmadan heç cür qalib gələ bilməzdi".