Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq
Yusif Nəzərli
22:11 28.06.2025
Gündəm
275
2024. Yekaterinqburq. Qırğızlara qarşı vəhşilik.
17 yanvar 2024-cü ildə Rusiyanın Yekaterinburq şəhərində qırğız miqrantlara qarşı xüsusi reyd keçirilmişdi.
Qırğızlar reyd zamanı bir sıra biabırçı və ləyaqətə toxunan zorakılığa məruz qalmışdılar.
Təqribən 150 nəfər qırğız və digər mərkəzi asiyalı miqrant tutularaq, inşaat obyektləri ərazisinə aparılmışdılar.
Qırğızlardan bəziləri təqiblərdən qaçmağa çalışanda Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları onları bir-birinin ardınca diz üstə çökdürərək, “qaz yerişinə" məcbur etmişdilər. Qırğızıstan Xarici İşlər Nazirliyi bəyanat verərək, əksəri qırğızlar olan asiyalı miqrantlara qarşı bu davranışı insan ləyaqətini alçaldan, qəbuledilməz davranış kimi dəyərləndirmişdi.
Reydlərə FSB, Daxili İşlər Nazirliyi, Milli Qvardiya (Rosgvardia) və Rusiya İstintaq Komitəsi birgə cəlb edilmişdi.
Reydə düşən miqrantlar, əsasən, Ukrayna ilə müharibə bölgəsinə aparılmaqla hədələnir, döyülüb, işgəncə verilərək müqaviləyə qol çəkmələri tələb olunurdu.
2025. Yekaterinqburq. Azərbaycanlılara qarşı vəhşilik...
27 iyun 2025-ci ildə yenə də FSB, Daxili İşlər Nazirliyi, Milli Qvardiya (Rosgvardia) və Rusiya İstintaq Komitəsi birgə hücumla bu dəfə azərbaycanlıların yaşadığı evlərə səhər saat 5 radələrində basqın edir. Daha sonra iş yerlərinə basqınlar edilir.
Ümumilikdə 65-ə qədər azərbaycanlı saxlanılır, "Rosqvardiya"nın yerli bölməsinə aparılır. Hadisə şahidlərinin APA və digər media orqanlarında yayılan səs yazıları, foto və video görüntüləri vəhşiliyin miqyasını tam əks etdirir. Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi qəddarlıqla iki qardaşı döyə-döyə öldürürlər. Ağır xəsarətlər alan dörd nəfər əməliyyat olunub, vəziyyətləri kritikdir. Onlarla azərbaycanlı xəsarət alıb, evlər dağıdılıb, şəxsi əşyalar, qadınların alt paltarları belə küçələrə səpilib.
Rusiyanın üzü olan "qara maskalılar" bununla da sakitləşməyiblər.
Azərbaycanlıların kafesinə hücum ediblər. Kafe sahibi Akif Səfərovun oğlu Elgiz Səfərov APA-ya danışıb:
"Biləndə ki, kafenin sahibinin oğluyam, məndən kabab bişirməyi tələb etdilər. Kafedə qab-qacaqları qırdılar. Kabab bişirəndə arxadan “dubinka” ilə vururdular. Hardasa 2 saat yarım bizi kafedə yerdə uzanıqlı vəziyyətdə saxladılar. Özləri yeyib-içib, bizi yenidən döyüb çıxıb getdilər”.
Bu dəfə basqın üçün bəhanə 2001-ci ildə baş vermiş hansısa qətldir. Halbuki, məsələn, hadisə zamanı saxlanılıb işgəncə görən Vüqar Səfərov 1997-ci il təvəllüdlüdür. Yəni, iddia olunan qətl baş verəndə onun cəmi 4 yaşı olub... Yeri gəlmişkən, Vüqar Səfərov agentliyimizə müsahibəsində deyib ki, ondan və qardaşından orduya və Ukraynada hərbi əməliyyatlara qoşulmaqla bağlı müqaviləyə qol çəkmək tələb olunub.
Eyni ssenari, eyni vəhşilik
Cəmi 1 il əvvəl qırğızlara qarşı baş vermiş əməliyyatla dünən azərbaycanlılara qarşı edilmiş vəhşiliyin ssenarisi eynidir. Bütün detallar-basqın edənlərin siyahısı, alçaldıcı rəftar, işgəncə, təhqiramiz münasibət... Bu isə onu deməyə əsas verir ki, baş verənlər Rusiyanın dövlət siyasətidir.
Rusiya kimi ölkələrdə iki dəfə təkrar olunan hadisə təsadüf olmur.
Bu, Rusiyanın, birbaşa Putinin uduzduğu dünyaya güc nümayiş etdirmək davası, rus milliyyətçiliyinə meydan verib, bununla ayaqda qalmaq cəhdidir.
Bu şovinizm siyasəti bizə çox yaxşı tanışdır. Biz bu siyasəti 20 Yanvardan, Xocalıdan tanıyırıq. Biz bu siyasəti 30 il işğal altında qalmış torpaqlarımızdan bilirik...
Bütün dünya qanı bir, canı bir qardaşı olan ukraynalını tankının tırtılları altında qoyan rus şovnizmini nifrətlə, qəzəblə, heyrətlə seyr etdi, edir.
Rusiya uşaqları öldürür, qadınları qətl edir, kişiləri alçaldır. Tarixi kökü, dili, dini bir qardaşı ilə müharibə Rusiya tarixinin də, Putin hakimiyyətinin də heç vaxt silinməyən qara ləkəsidir.
Rusiya bu ləkəni qırğız, qazax, tacik, azərbaycanlını alçaltmaqla silə bilməyəcək. Rus xalqı bütün tarixini bu ləkə ilə yaşayacaq! Bu ləkəni yumağın ünvanı biz deyilik!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya