DİN sürücülərə növbəti dəfə müraciət edib
06:46 15.08.2025
Hadisə
284
Daxili İşlər Nazirliyi (DİN) sürücülərə növbəti dəfə müraciət ünvanlayıb.
Bu barədə Sherg.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, yay tətili və ya mövsümlə əlaqədar həftəsonları istirahət etmək üçün paytaxtdan respublikanın digər şəhər və rayonlarına üz tutanların sayında artım müşahidə olunur. Təəssüf ki, yollarda ani diqqətsizlik əksər hallarda ağır faciələrlə nəticələnən qəzalara səbəb ola bilir. Ona görə də risklərdən sığortalanmaq, bədbəxt hadisələrin qarşısını almaq üçün nazirlik hərəkət iştirakçılarını aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb:
- səfərə çıxmazdan öncə avtomobilin texniki sazlığını yoxlayın;
- sərxoş vəziyyətdə sükan arxasına əyləşməyin;
- təhlükəsizlik kəmərindən istifadə edin;
- sürət həddini aşmayın;
- sürət həddini yolun növünə və hava şəraitə uyğun seçin;
- qarşıda hərəkət edən maşınla ara məsafəsinə diqqət edin;
- ötmə qaydalarına uyğun davranın;
- telefon istifadəsi və diqqət yayındıran bütün nüanslardan çəkinin;
- mümkünsə günün erkən saatlarında yola çıxın.
DİN diqqətə çatdırıb ki, hər zaman iki seçim var: “Ya yol hərəkəti qaydalarına əməl etməklə sağ-salamat mənzil başına çatırsınız, ya da qaydalara biganə yanaşmaqla son mənzilə yaxınlaşırsınız. Unutmayaq ki, qəzalar təsadüfi yox, sürücü səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində baş verir. Özünüzün və sevdiklərinizin mənzil başına sağ-salamat çatması üçün sükan sizin əlinizdədir. Yol hərəkəti və təhlükəsizlik qaydalarına əməl et, həyatını təhlükəyə atma!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana yenidən zərbələr endirib
23:13 14.07.2026
Dünya
Tramp Hörmüzlə bağlı qərarını dəyişdi: “İranı çox sərt vururuq”
23:12 14.07.2026
Gündəm
İranın Keşm adasında partlayışlar baş verib
22:59 14.07.2026
Dünya
ABŞ və İran arasında heç bir real razılaşma əldə olunmayıb - ŞƏRH
22:29 14.07.2026
Gündəm
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə