Tramp Lukaşenko ilə nələri müzakirə edib?

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə qarşıdakı sammitini belaruslu həmkarı Aleksandr Lukaşenko ilə müzakirə etdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp sosial şəbəkədə qeyd edib.

"Belarusun çox hörmətli prezidenti Aleksandr Lukaşenko ilə gözəl söhbətim oldu. Biz bir çox mövzuları, o cümlədən prezident Putinin Alyaskaya səfərini müzakirə etdik", - Tramp vurğulayıb.