Putinin son planını açıqladı: Müharibəni bitirmək istəyir
Yusif Nəzərli
06:43 18.08.2025
Dünya
425
“Rusiya diktatoru Vladimir Putin müharibəni (müvəqqəti) dayandırmaq üçün danışıqlar aparır, əslində, ona cəbhədə aqressiv planlarını həyata keçirmək üçün daha çox vaxt lazımdır”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski deyib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ilə döyüşməkdən başqa yolu yoxdur.
“Başqa seçimimiz yoxdur, öz torpağımızı müdafiə etməliyik. Putin vaxt qazanmaq və daha çox ərazi ələ keçirmək istəyir. Ciddi itkilərə baxmayaraq, bu məqsədlərindən əl çəkmir, hər kilometr və hər mövqe ələ keçirmək ona çoxsaylı ölü və yaralı bahasına başa gəlir. Statistikalar bunu göstərir”, - Sırski bildirib.
Ukrayna ordusunun Ali Baş Komandan əlavə edib ki, Rusiyanın hücumunun tempi xeyli aşağı düşüb, itkilərin səviyyəsi çox yüksəkdir: “Amma ruslar inadla qarşılarına qoyduğu məqsədlərə çatmağa çalışırlar”.
Sırski vurğulayıb ki, cəbhədə mövcud vəziyyət çox ağırdır və Rusiyanın strateji hücum əməliyyatının davam etdirilməsi ilə xarakterizə olunur:
“Düşmən yenidən qruplaşır və iki əsas istiqamət üzrə cəmləşir. Bu, ruslar üçün həlledici olan Pokrovsk istiqamətidir. Hazırda düşmən öz bölmələrini Sumıdan Zaporojye istiqamətinə köçürürr. Yəni, bu, düşmənin aktiv hücum əməliyyatlarına başlamağı planlaşdırdığı ikinci istiqamət olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
15:45 11.09.2026
Gündəm
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya