Pentaqonun sabiq müşaviri: ABŞ-nin Ukraynaya dəstəyinin acı nəticələri olacaq

Ukraynaya dəstəyin nəticələri ABŞ və Avropa üçün acınacaqlı olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Pentaqonun sabiq müşaviri Duqlas Makqreqor "Deep Dive" YouTube kanalında bildirib.

"Belə olan halda, bizim üçün nəticələri ağır olacaq. Rusiya şərtləri müəyyən edəcək" - deyə o bildirib.

Makqreqor qeyd edib ki, Ukrayna münaqişəsi Rusiyanın şərtləri ilə bitəcək.

Sentyabrın 28-də ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens "Fox News" telekanalına müsahibəsində bildirib ki, Ağ Ev NATO-ya üzv olan digər ölkələrə “Tomaqavk” qanadlı raketlərinin verilməsi imkanını müzakirə edir. Bu ölkələrdən də öz növbəsində onları Kiyevə köçürmələri tələb olunacaq.