Almaniya buna görə 100 milyard itirə bilər
17:46 23.10.2025
Dünya
505
“Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərini Ukraynaya vermək qərarı qəbul edərsə, Almaniya 100 milyard avrodan çox itki ilə üzləşə bilər”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniya-Rusiya Xarici Ticarət Palatasının (VTP) İdarə Heyətinin sədri Mattias Şepp məlumat verib.
M. Şeppin sözlərinə görə, Almaniya digər ölkələrlə müqayisədə Rusiyaya daha çox investisiya yatırıb:
“Buna görə də Mərkəzi Bankın vəsaitlərinin Ukrayna üçün silah alınmasına yönəldilməsi planı həyata keçərsə, ən çox zərər görən tərəf olacaq”.
O Almaniyanın mümkün maliyyə itkilərini 100 milyard avrodan çox məbləğdə qiymətləndirib:
“Rusiya banklarında energetika, farmasevtika, ticarət və sənaye sahələrində fəaliyyət göstərən bir çox alman şirkətinin hesablarında vəsaitlər qalır”.
Qeyd edək ki, bundan əvvəl İtaliyanın Baş naziri Corciya Meloni də Rusiya aktivlərinin istifadəsində beynəlxalq hüquqa riayət olunmasının vacibliyini vurğulamışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tünd kişmiş cavanlaşdırır
09:41 09.11.2026
Sağlamlıq
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
09:27 09.11.2026
İqtisadiyyat
800 illik qəsr 1 avroya satılır
09:19 09.11.2026
Dünya
Tramp vəzifədən getməzdən əvvəl kütləvi əfv fərmanları imzalayacaq
08:58 09.11.2026
Dünya
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region