ABŞ İrana hücum etdi - üç nəfər öldü - YENİLƏNDİ

İranın cənubunda yerləşən Hörmüzqan əyalətinin Bəndər-Abbas və Hacıabad şəhərlərinə endirilən zərbələr nəticəsində 3 nəfər həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə "Nour News" agentliyi əyalət administrasiyasına istinadən məlumat yayıb.

Bildirilib ki, hücumlar Bəndər-Abbasın qərb hissəsindəki və Hacıabad şəhərindəki yaşayış məntəqələrini hədəf alıb.

***

15:34

İranın cənub-qərbində yerləşən Xuzistan əyalətinin Abadan və Bəndər-Mahşəhr şəhərləri hücuma məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə Xuzistan əyaləti qubernatorunun müavini Vəliulla Həyati "IRNA" agentliyinə açıqlama verib.

"Bu gün düşmənə məxsus (ABŞ-red.) mərmilər Abadan şəhərindəki müəyyən bir nöqtəyə düşüb. İlkin qiymətləndirmələr tamamlandıqdan sonra əlavə məlumat veriləcək", - o qeyd edib.