ABŞ gecə saatlarında İran ərazisində hərbi obyektlərə zərbələr endirib.
Sherg.az xəbər verir ki, İran KİV-lərinin məlumatına görə, hücumlar nəticəsində Hörmüzqan vilayətində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
Tehran isə cavab olaraq Bəhreyn, Səudiyyə Ərəbistanı və İordaniyada yerləşən ABŞ hərbi bazalarını hədəfə aldığını bildirib. İran tərəfi həmçinin Buşehr vilayətində ABŞ-a məxsus MQ-9 Reaper pilotsuz uçuş aparatını vurduğunu iddia edib.
Qeyd edək ki, ABŞ və İran arasında gərginlik son həftələr daha da artıb. Tərəflər bir-birini atəşkəs razılaşmasını pozmaqda ittiham edir.