ABŞ Prezidentinin media ilə görüşündə təhlükəsizlik tədbirləri gücləndiriləcək

ABŞ prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdi səbəbindən iyulun 24-dək təxirə salınan Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulu gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçiriləcək. Bu barədə “New York Post" qəzeti məlumat verib.

Sherg.az Azərtac-a istinadən xəbər verir ki, qəzetin məlumatına görə, şam yeməyi iştirakçıları üçün elektron biletlər tətbiq olunacaq.

Nəşr əlavə edir ki, tədbirin keçiriləcəyi məkan əvvəl nəzərdə tutulduğundan xeyli kiçikdir və bu, Məxfi Xidmətin iştirakçıları yoxlamasını asanlaşdıracaq və dəvətsiz qonaqların tədbirə daxil olma ehtimalını azaldacaq.

“Biz bu tədbirin təhlükəsizlik planına əminik", - deyə Məxfi Xidmətin sözçüsü Tom Linç qəzetə bildirib.