Aİ Gürcüstanı 121 milyon avro yardımdan məhrum edib
Aİ Gürcüstanı 121 milyon avro yardımdan məhrum edib
09:38 18.10.2024
Dünya
433
Gürcüstan cari ildə Avropa İttifaqından (Aİ) 121 milyon avro yardımı itirib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski deyib.
O, bildirib ki, əgər gürcülər səsvermə yolu ilə Aİ-yə qoşulmağa davam etməmək qərarına gəlsələr, Gürcüstan bütün maliyyə yardımlarından məhrum olacaq.
Herçinski qeyd edib ki, Gürcüstan hökumətinə maliyyə yardımının dayandırılması barədə qərar bir müddət əvvəl verilib və bununla bağlı məlumatlar ötən həftə dərc olunub.
“Gürcüstan 121 milyon dəyərində Aİ yardımını itirib və bu, sadəcə cari yardım proqramlarına aiddir. Əgər gürcülər səsvermə ilə Aİ-yə üzvlük prosesini davam etdirməmək qərarı versələr, üzvlükdən əvvəl yönəldilən maliyyəni, həmçinin Aİ üzvlərinin, xüsusilə də aşağı iqtisadi inkişafa malik ölkələrin qəbul etdiyi bütün maliyyə yardımlarını itirəcək”, - səfir deyib.
Herçinksi əlavə edib ki, Gürcüstan üçün Aİ-yə üzvlük sülh, sabitlik, inkişaf və firavanlıq anlamına gəlir və qərar qəbul etmək gürcü xalqına qalır.
“Ölkənizin gələcəyinə, Gürcüstanın harada olmasına siz qərar verin”, - Herçinksi deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol