Ali Məclis sədri: “Gürcü Arzusu” sülh siyasəti yürüdür
Ali Məclis sədri: “Gürcü Arzusu” sülh siyasəti yürüdür
10:06 17.10.2024
Dünya
314
Azərbaycanla Ermənistan arasında münaqişənin bitməsi Gürcüstanın da işğal altındakı ərazilərinin azad edilməsi üçün danışıqlara başlamağın vaxtının çatdığını göstərir.
Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın Abxaziya Muxtar Respublikasının mühacirətdə olan Ali Məclisinin sədri Camal Qamaxariya deyib.
O, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sülh siyasəti yürütdüyünü və bunun doğru qərar olduğunu vurğulayıb.
“İşğala necə son veriləcəyi ilə bağlı dəqiq ssenari haqqında danışmaq çox çətindir. Lakin daha əvvəl hökumətimizin də açıqladığı kimi, biz buna yalnız sülh yolu ilə nail olmalıyıq, bu münaqişə sadəcə sülh yolu ilə həll olunmalıdır. Təbii ki, sülh yolu ilə həll bərabərində qarşı tərəflə müzakirələri və görüşləri nəzərdə tutur. Deyə bilmərəm ki, hazırda danışıqlar üçün hər şey hazırdır, lakin Abxaziyada baş verən hadisələr, ümumilikdə Gürcüstanda cərəyan edən hadisələr, eləcə də regionda baş verən hadisələr, məsələn, Ermənistan-Azərbaycan münaqişəsinin faktiki olaraq bitməsi, həmçinin beynəlxalq arenada baş verən hadisələr bizə onu göstərir ki, yaxın gələcəkdə bu cür danışıqlar başlamalıdır. Bu danışıqlar həm abxaz tərəfi ilə, eyni zamanda, həmin əraziləri işğal edən dövlət ilə başlamalıdır”, - Qamaxariya deyib.
O əlavə edib ki, “Gürcü Arzusu” partiyası ölkənin ərazi bütövlüyünə nail olmaqla yanaşı, regionda sülhün qorunub saxlanılmasının tərəfdarıdır və bu məqsədlə uzun zamandır barışıq siyasəti həyata keçirir. Qamaxariya hakimiyyətin seçkilərdən sonra barışıq əldə edilməsi və ərazi bütövlüyünün bərpası istiqamətində bir çox işlər planlaşdırdığını qeyd edib: “Bildiyiniz kimi, “Gürcü Arzusu” uzun zamandır barışıq siyasətini həyata keçirir. Münaqişəyə, gərgin hadisələrə baxmayaraq, bütün bu illər ərzində gürcü və abxaz cəmiyyəti arasında əlaqələr və münasibətlər heç vaxt dayanmayıb. Doğrudur, oradakı de-fakto hakimiyyət və işğalçılar ilə danışıqlar aparılmır, ictimaiyyət nümayəndələri ilə görüşülməli və bu istiqamətdə bir çox layihələr həyata keçirilməlidir. Bizim orada yaşayan vətəndaşlarımız, Gürcüstan dövlətinin tibbi yardımından pulsuz yararlana bilirlər və bu cür insanların sayı minlərlədir. Bundan əlavə bizim xarici tərəfdaşlarımızın dəstəyi ilə bir çox iqtisadi layihələrimiz də həyata keçirilir. Buna görə də biz bu mərhələdə münaqişənin həlli üçün şərtlər formalaşana qədər hər şey edirik və seçkilərdən sonrada bir çox şey edilməyə davam edəcək”, - Qamaxariya vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya
Ramazan bayramı namazının vaxtı açıqlanıb
12:19 16.03.2026
Cəmiyyət
Xüsusi karantin rejiminin müddəti uzadılıb
12:18 16.03.2026
Aktual
Aİ Gürcüstanla bağlı əlavə tədbirləri nəzərdən keçirir
12:15 16.03.2026
Gündəm