"Varlı ərəb ölkələrini sağmaq və İsrailin ərazilərini genişləndirməsi üçün mütləq bir xoxan orbazı lazımdır ki, bu rolu da İran məharətlə oynayır, ya da oynadılır”
“ABŞ prezidenti Donald Tramp İranla bağlı xərclərin ABŞ-a kompensasiya edilməli olduğunu bildirərkən deyib: “Mən kompensasiya almaq istəyirəm, çünki biz dünyanın çox zəngin bir hissəsini qoruyuruq. Biz pul xərcləyirik. Bizə kömək etdiyimiz ölkələr tərəfindən kompensasiya ödəniləcək - həmin beş ölkə kimi. Səudiyyə Ərəbistanı var, BƏƏ var, Qətər, Bəhreyn, Küveyt və digərləri var”.Bəli, demək İran olmasa Ağaye Tramp bəs bu ölkələri hansı xoxanla qorxudub pul alacaqdı? Demək İran xofu ərəb ölkələrinin ürəyində qalmalıdır”.
Bunu Sherg.az-a siyasi şərhçi Tural İrfan deyib.
O, qeyd edib ki, əgər İran rejimi çöksə belə ABŞ, ümumiyyətlə Qərb mütləq ondan daha sərt və radikal bir rejim yaradacaq:

“Bunun üçün potensial namizəd İraqdır. Ərəb ölkələrinin qarşısında mütləq bir sədd, təhlükə mənbəyi olmalıdır ki, ABŞ həmin obrazı şişirtməklə varlı ərəbləri soya və Fələstin mövzusunda mövqeləri haçalayıb vahid hədəfdən yayındıra bilsin. İsrailin son dərəcə silahlanmasında, Livan, Suriya və Fələstin torpaqlarını tutmasında İranın və proksilərinin əvəzsiz xidməti var. İsrail bütün işğalçı, soyqırımçı addımlarını reallaşdırarkən "Hizbullah", "Ənsarullah", "Həmas" və İran "təhlükəsinə" əsaslanır. Əgər İran İsrailə hücum edib müəyyən dağıntılar törətməklə guya hesabı bərabərləşdirmə görüntüsü yaratmasaydı, araya su səpməsəydi İsrailin Qəzzada 80 min adamı qırmasını belə tez unuturmaq asan olmayacaqdı. Beynəlxalq aləm hərəkətə keçmişdi. Avropada kütləvi mitinqlər başlamışdı. Hətta iş o yerə çatmışdı ki, Netanyahu haqqında Beynəlxalq Məhkəmə həbs orderi vermişdi”.
Analitik qeyd edib ki, məhz belə bir durumda İran araya girib mövzunu Qəzzadan yayındıra bildi:
“Ümumiyyətlə İsrailə qarşı təhdid ab-havasını qorumaqla onun daha çox güclənməsinə, daha ağır silahlarla silahlanmasına, hətta nüvə silahı əldə etməsinə haqq qazandırmasına, torpaq tutub külli miqdarda müsəlman qırmasına İran və onun proksiləri qədər ikinci qüvvə bu qədər münbit şərait yarada, dəstək verə bilməzdi. İndi də ABŞ və kualisiyası İranı qızışdırıb salıblar Körfəz ölkələrinin canına, pul istəyirlər. Keçmişdə bəzi "qoçular" öyrədilmiş adamlar vasitəsilə tacirlərə, dükan sahiblərinə süni problemlər yaradıb sonra da həmin "problemi" həll etmək üçün onlardan pul alırdılar. "O olmasın, bu olsun" filmində "qəzetçilər"in Məşədi İbaddan pul aldıqları kimi. Varlı ərəb ölkələrini sağmaq və İsrailin ərazilərini genişləndirməsi üçün mütləq bir xoxan orbazı lazımdır ki, bu rolu da İran məharətlə oynayır, ya da oynadılır”.