
Analitik: Ərəb ölkələri İranın Suriyada nəzarəti ələ almasına fürsət verməyəcək
12:36 27.12.2024
Dünya
364
Ərəb Liqası Suriyaya görə İrana xəbərdarlıq edib və Tehranı Suriyada qarşıdurmaları qızışdırmaq və gərginliyi artırmaq cəhdlərindən əl çəkməyə çağırıb. Bu barədə Ərəb Liqası Katibliyinin bəyanatında deyilib. Bəyanatda bildirilib ki, Ərəb Liqası Suriyanın bir sıra şəhər və bölgələrində münaqişə qığılcımlarını alovlandırmaq məqsədi ilə atılan addımları narahatlıqla izləyir. Qeyd edək ki, dekabrın 11-də İranın dini lideri Əli Xamenei Suriya gənclərini üsyana səsləyən çıxış edib. Bundan sonra Suriyanın xarici işlər naziri Əsəd Əl-Şeybani İran hökumətindən Suriya xalqının suverenliyinə və iradəsinə hörmət etməyi istəyib və Tehranı bu ölkədə xaos yaratmaqdan çəkinməyə çağırıb.
Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a bildirib ki, Ərəb Liqasını İrana göndərdiyi bu mesajlar özlərinin dilindən açıq və birmənalı şəkildə ifadə olunub:

“Ərəb Dövlətləri Liqası ayrı-ayrılıqda və yaxud birlik formasında da görürlər ki, Suriyada Əsəd rejiminin devrilməsindən sonra hakimiyyəti ələ alan qüvvələr yenidənqurma işlərinə başlamaq istəyirlər. Eyni zamanda ölkədə normal sistem, mühit və rejim yaratmağa səylər göstərirlər. Amma İran tərəfi radikal tərəfdarları olan terrorist qrupların əliylə ölkədə xaos yaratmağa və öz təsirini Suriya üzərində saxlamağa çalışırlar. Təbii ki, bu qəbuledilməzdir, çünki Suriyanın öz maraqları var və müqəddəratını özü təyin etməlidir. Niyə İrandan asılı vassal ölkə olaraq fəaliyyət göstərməlidir? Ərəb Dövlətləri Liqası da başa düşürlər ki, İranın ölkəyə müdaxiləsi vəziyyətin sabitləşməyə yönələn addımlarının zərər görməsinə gətirib çıxara bilər. Həmçinin nəzərə almalıyıq ki, Ərəb dövlətlərindən bir çoxunun İranla dini, strateji baxımdan təzadlı mövqeləri var. Ona görə də Ərəb ölkələri İranın Suriyada nəzarəti ələ almasına və dayaqlarını möhkəmləndirməsinə fürsət vermək niyyətində deyillər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya