
Azər Allahverənov: Rusiyada belə bir qanunun qəbul edilməsi xoşagələn deyil
12:45 19.08.2024
Dünya
770
Rusiya Federasiyasının Dövlət Dumasına əmək miqrantlarının Rusiyada ailələri ilə birləşməsini qadağan edən qanun layihəsi daxil olub. Liberal demokrat fraksiyasının lideri Leonid Slutskinin rəhbərlik etdiyi bir qrup LDPR deputatı tərəfindən hazırlanan qanun layihəsi əmək lisenziyası (patent-red ) olan miqrantlara ailə üzvlərini Rusiyaya gətirməyi qadağan edir.
“Əmək miqrantlarının ailələri onlarıa vətənlərində gözləməlidirlər. Onlar Rusiyaya gələndə işləyən əcnəbilərin qohumları kompakt anklavlarda yaşayır, öz dillərində danışır və yerli sakinlərə laqeyd yanaşırlar”, deyə Slutski vurğulayıb.
Qeyd edək ki,Rusiya şirkətlərinin yüksək ixtisaslı xarici işçiləri üçün bu qanun istisna ediləcək.
Yeni qanun layihəsini dəyərləndirən "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov "Sherg.az"a deyib ki, mövcud qaydalara görə, Rusiya Federasiyasının ərazisində əlində əmək müqaviləsi və ya əmək patenti olan miqrant yaşayan şəxs ailə üzvlərini də Rusiyaya gətirmək hüququna malikdir:

''Bununla həmin şəxs özünün Rusiya ərazisində qanuni şəkildə əmək fəaliyyəti ilə məşğul olduğunu əsas gətirir. Burada hansısa bir bölgü aparılmır. İrəli sürülən təklifə görə, bölgü aparmaq lazımdır. Yəni, yüksəklə aşağı ixtisaslı mütəxəsisə verilən imkanlar dəqiq şəkildə ayırd edilməlidir. Bu qanun layihəsində də göstərilir ki, əməkçi miqrant aşağı ixtisaslı mütəxəsisdirsə, ailəsini Rusiyaya aparmaq məcburiyyətində deyil. Bu da Rusiyada əmək fəaliyyəti ilə məşğul olan əmək miqrantlarının böyük hissəsinin aşağı ixtisaslı mütəxəsis olması ilə əlaqəlidir. Xüsusi ilə Mərkəzi Asiya respublikalarından olan miqrantların böyük qismi Rusiyaya gedərkən ailələrini özləri ilə aparırlar. Bu da dövlət üçün əlavə sosial qayğı yaradan amilə çevrilir. Çünki bununla bağlı qanun ölkə ərazisində qanuni məskunlaşanların sosial paketlərə çıxışının təmin olunmasına şərait yaradır. Həmçinin, onlar yerli cəmiyyətə inteqrasiya, adaptasiya olunmaq istəmirlər. Yerli əhali ilə gərginliyə səbəb olan davranışlar göstərirlər. İstənilən halda belə bir qanunun qəbul edilməsi xoşagələn deyil. Çünki bu ayrıseçkiliyə səbəb olacaq. BMT-nin əməkçi miqrantlar və onların ailə üzvlərinin müdafiəsi ilə bağlı önəmli konvensiyasında çox geniş müddəalar var. Burada bir şəxs xarici ölkənin ərazisində əmək fəaliyyəti ilə məşğuldursa və ölkə iqtisadiyyatına xeyir verirsə, onun da ailə üzvlərinin qorunması üçün zəruri addımlar atılır. Ümid edirik ki, həmin qanun layihəsi qəbul olunmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm