Hörmüz boğazının bağlanması səbəbindən ərzaq, dərman və digər malların tədarükündə yaranan fasilələr Yaxın Şərqdən kənarda ciddi humanitar nəticələrə səbəb ola bilər.
Teleqraf xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk deyib.
Onun sözlərinə görə, Hörmüz boğazının bağlanması ilə bağlı xəbərlər regiondan kənarda yaşayan insanların həyatına mənfi təsir gösətərəcək: "Bu, milyonlarla insanın asılı olduğu həyati əhəmiyyətli nəqliyyat dəhlizidir. Ərzaq, dərman və digər zəruri malların tədarükündəki fasilələr həm regional, həm də qlobal miqyasda ciddi sosial-iqtisadi və humanitar nəticələrə səbəb olur".
Türk həmçinin münaqişənin bütün tərəflərini mülki infrastruktur və ticarət gəmilərinə hücumları dərhal dayandırmağa, beynəlxalq humanitar hüquqa hörmət etməyə və iddia edilən bütün pozuntularla bağlı müstəqil araşdırmalar aparmağa çağırıb. O bildirib ki, diplomatiya, təmkin və gərginliyin azaldılması prioritet olmalı, İran və ABŞ isə dərhal atəşkəsə qayıtmalıdırlar.