Co Bayden: Bu müharibənin bitməsinin vaxtıdır
08:22 18.10.2024
Dünya
439
ABŞ prezidenti bildirib ki, Qəzzada atəşkəs və girov mübadiləsi üçün yeni proses başlaya bilər
İsrailin Qəzzada keçirdiyi əməliyyatda HƏMAS lideri Yəhya Sinvarın öldürülməsindən sonra bir çox ölkədən bölgədəki hadisələrlə bağlı açıqlamalar gəlib.
Sherg.az xəbər verir ki, ilk açıqlamanı Ağ Ev administrasiyası verib.
ABŞ prezidenti Co Bayden bildirib ki, Qəzzada atəşkəs və girov mübadiləsi üçün yeni proses başlaya bilər. “Ümid edirəm ki, Netanyahu müharibəni tezliklə bitirəcək".
O, ABŞ dövlət katibi Antoni Blinkeni danışıqlar üçün İsrailə göndərəcəyini bəyan edib.
ABŞ Dövlət Departamenti yaxın günlərdə müharibəyə son qoymaq üçün yeni fürsət gördüklərini bəyan edib. Tərəfdaşlarımızla birlikdə Qəzzadakı vəziyyətə son qoymaq üçün əlimizdən gələni edəcəyik”, - bəyanatda deyilir.
HƏMAS-ın yeni liderinin seçilməsi üçün “Ümid edirik ki, o, atəşkəslə bağlı Sinvardan fərqli davranacaq” deyilib.
Pentaqon İsrailin əməliyyatında heç bir ABŞ əsgərinin iştirak etmədiyini açıqlayıb.
Sinvarın ölümü ilə bağlı Fransadan verilən açıqlama da gecikməyib.
Prezident Emmanuel Makron, "Sinvarın ölümü girovları azad etmək və müharibəni bitirmək üçün bir fürsətdir" deyib.
O, Sinvarın itirilməsinin HƏMAS üçün ağır zərbə olduğunu bildirib. Onun sözlərinə görə, Netanyahu ilə fikir ayrılığı olan məqamlar olsa da, Fransa İsraili dəstəkləməyə davam edəcək.
İtaliyanın baş naziri Giorgia Meloni də "Sinvarın ölümü bölgədə yeni bir prosesə start verəcək" deyə qeyd edib.
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Sinvarın Qəzzada atəşkəs danışıqlarına maneə olduğunu iddia edib.
Avropa Komissiyasının sədri Ursula Von Der Leyen, "Sinvarın ölümü HƏMAS-ı zəiflədəcək və Qəzzada iki dövlətli həll yalnız güclü və yenidən formalaşmış Fələstin hakimiyyəti ilə mümkündür" deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
15:57 06.08.2026
Region
Tramp Ukraynanı arxa plana atıb - Maksim Yali
15:49 06.08.2026
Gündəm
Telefonla keçən yay uşağın beynini bərpa etmir - Psixoloq
15:49 06.08.2026
Elm və Təhsil
Ərdoğan Dövlət Baxçalı ilə görüşdü
15:34 06.08.2026
Gündəm
Putin bütün qırmızı xətləri keçib - Ukraynalı diplomat
15:22 06.08.2026
Gündəm
Ceyhun Bayramov İrpen şəhərinə gedib
14:52 06.08.2026
Gündəm
Hörmüz boğazı açıla bilər - Pakistanlı analitik
14:26 06.08.2026
Gündəm
Qarabağa səfər edən Türkiyə nümayəndə heyəti bəyanat qəbul edib
14:16 06.08.2026
Gündəm
Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
14:13 06.08.2026
Gündəm
Türkiyədə 1800 illik şəfa rəmzi olan nəhəng heykəl aşkarlanıb
14:12 06.08.2026
Maraqlı