
Dünya böyük qlobal savaşa məhkum olacaq -Politoloqdan DƏHŞƏTLİ PROQNOZ
09:16 19.08.2024
Dünya
509
ABŞ və Cənubi Koreya 19 min hərbçinin iştirakı ilə 10 günlük birgə hərbi təlimlərə başlayıb. Bu barədə “Reuters“ məlumat yayıb. Bildirilib ki, avqustun 29-dək davam edəcək və Şimali Koreyanın nüvə təhlükəsinə qarşı müdafiə elementlərinin effektivliyini yoxlamaq məqsədi daşıyacaq manevrlərdə təhlükəyə qarşı effektiv reaksiya verilməsi istiqamətində tapşırıqlar yerinə yetiriləcək. Təşkilatçılar əmindirlər ki, bu cür təlimlər Cənubi Koreya və ABŞ-ın istənilən təxribatlara cavab vermək və nüvə silahından müdafiə etmək qabiliyyətini və hazırlığını daha da gücləndirəcək. Əvvəllər də Amerika batalyonu Koreya Respublikasında müxtəlif zirehli texnikanın iştirakı ilə ayrı-ayrı müstəqil döyüş atışlı təlimlər keçirib. Bu arada, Cənubi Koreya prezidenti Şimali Koreyanı dünyanın ən qeyri-rasional ölkəsi adlandırıb. O həmçinin bildirib ki, dəyişən geosiyasi vəziyyət fonunda III Dünya müharibəsinin başlanması məsələsi aktualdır.
Məsələ ilə bağlı “Sherg.az”a danışan “Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli bildirib ki, Üçüncü Dünya müharibəsi faktiki olaraq başlayıb:

“Üçüncü Dünya savaşının açıq təzahürü Ukrayna savaşıdır. Çünki Ukrayna savaşında rəsmi Kiyev ordusu NATO ölkələri tərəfindən həm maliyyələşir, həm də silah-sursatla təchiz olunur. Ukrayna ordusu tamamilə NATO ölkələrinin hərbi dəstəyiylə müharibədə iştirak edir. Burada yeganə fərqli məqam hələlik NATO canlı qüvvələrinin Ukrayna ilə birlikdə Rusiyaya qarşı vuruşmamasıdır. Halbuki Ukrayna ordusu bir müddət öncə məhz NATO silahları və hərbi texnikasıyla Rusiya ərazilərinə girməyi bacarıb”.
Analitik vurğulayıb ki, eyni zamanda Belarus, Şimalı Koreya və İran kimi ölkələr də Rusiyaya dəstək göstərirlər:
“Çinin də Rusiyaya müəyyən dəstəyinin olması ilə bağlı məlumatlar mövcuddur. Yəni hər iki tərəfdə müxtəlif ölkələr hərbi dəstək formatında Ukrayna savaşında iştirak edirlər. Belə olan halda faktiki olaraq Üçüncü Dünya savaşının başladığını söyləmək mümkündür. Sadəcə olaraq sözügedən Üçüncü Dünya müharibəsinin açıq fazaya keçməsinin nə vaxt baş verəcəyi məlum deyil. Əgər NATO ölkələri və Rusiya arasında birbaşa toqquşmalar baş verərsə, Üçüncü Dünya müharibəsi açıq fazaya keçmiş olacaq. Həmin zaman Rusiyanı dəstəkləyən qüvvələr də müharibəyə qatılmaq məcburiyyətində qalacaq. Belə olan halda dünya böyük qlobal savaşa məhkum olacaq. Amma növbəti qlobal savaş uzun sürməyə bilər. Çünki NATO və rəsmi Moskva arasında birbaşa savaş olarsa, Rusiyanın məğlub olacağı şübhə doğurmur. Rusiya isə mövcudluğunu qorumaq üçün nüvə silahından istifadə etmək fikrinə düşə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region