EBRD prezidenti COP29-da bankın nümayəndə heyətinə rəhbərlik edəcək
17:26 06.11.2024
Dünya
353
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 iqlim konfransında ən yüksək səviyyədə təmsil olunacaq.
Bankdan “Report”a verilən məlumata görə, konfransda EBRD prezidenti Odil Reno-Basso, bankın birinci vitse-prezidenti Yürgen Riqterink, siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman və iqlim strategiyası və tətbiqi üzrə idarəedici direktor Harri Boyd-Karpenter iştirak edəcək.
“Builki tədbir özəl sektorun səfərbər edilməsinə xüsusi diqqət yetirməklə, iqlim maliyyələşdirilməsi vasitəsilə iqlim fəaliyyətinin sürətləndirilməsinə yönəldiləcək”, - bankdan bildirilib.
COP29 çərçivəsində EBRD digər beynəlxalq maliyyə institutları və təşkilatları ilə birgə iqlim dəyişikliyi ilə mübarizəyə, karbonsuzlaşdırmaya həsr olunmuş 11müxtəlif tematik tədbir təşkil etməyi planlaşdırır.
Bankdan qeyd edilib ki, EBRD davamlı olaraq “yaşıl” inkişafın, davamlılığın və innovasiyanın təşviqinə sadiqdir. Bu məqsədlə EBRD iqlim dəyişikliyi ilə mübarizə, özəl maliyyəni səfərbər etmək və fəaliyyət göstərdiyi bütün regionlarda sistemli dəyişikliklərə nail olmaq üçün beynəlxalq səylərdə fəaldır.
“EBRD bankın biznesinin azı yarısının “yaşıl” olmasını təmin etməyə çalışır. Ötən il bankın “yaşıl” maliyyələşdirməsi 6,5 milyard avroya çatıb. Bank iqlimin maliyyələşdirilməsində liderdir”, - bankdan vurğulayıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya