
Eldəniz Əmirov: 2024 Iqtisadiyyat üzrə Nobel mükafatı da siyasiləşmiş motiv aldı
12:54 14.10.2024
Dünya
570
“Yenicə elan edilən - 2024 Iqtisadiyyat üzrə Nobel mükafatı da siyasiləşmiş motiv aldı”.
Bu sözləri “Sherg.az"a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
İqtisadiyyat üzrə Nobel mükafatına etiraz edən iqtisadçı hesab edir ki, iqtisadiyyat üzrə Nobelə namizəd olanlar arasından mükafata ən layiq olan Yaponiyalı Nobuhiro Kiyotaki və Britaniyalı Con H. Mur idi:

“Onlar kiçik şokların iqtisadi dövrlərə necə təsir edə biləcəyinə dair ciddi iş ortaya qoymuşdular. Lakin mükafatı qazananlar (D. Acemoğlu, S. Conson və J. A. Robinson) ölkələrin sosial-iqtisadi həyatında (prosperity) olan fərqin səbəbi kimi cəmiyyət institutları və rifah arasında əlaqəni göstərmişlər.
Mən inkar etmirəm ki, ölkələrin firavanlıq, sosial həyat və ümumiyyətlə yaşam göstəriciləri ilə cəmiyyət institutları arasında bağlılıq yoxdur. Əlbəttə mövcuddur. Amma bu əlaqə dünyanın hazırkı mərhələsində iqtisadiyyat üzrə Nobel mükafatının predmeti olmamalı idi. Çünki ortada iqtisadi resurslar uğrunda dünyada gedən müharibələr və bu müharibələrin qazandırdığı fantastik iqtisadi faydalılıq predmeti, müharibələrin artması ilə yaranan şoklar, iqtisadi təhdidlər, silah biznesinin qlobal ÜDM-də artan çəkisi, elan edilməyən 3-cü Dünya müharibəsi şəraitində iqtisadi təhdidlər və onların yaratdığı şoklar var.
Bütün bunlar var ikən, kiçik şokların iqtisadi dövrlərə təsiri kimi dövrün ən vacib tədqiqatını kənara qoyub, Nobel mükafatının cəmiyyət institutlarına hədəflənməsi qərbin dırnaqarası “demokratiya” strategiyasının növbəti təzahürü kimi qiymətləndirirəm. Dərd burasındadır ki, 2023-cü ildə də Nobel mükafatının predmeti olaraq kökdə duran əsas problem sırf iqtisadi deyildi. Artıq bu bir tendensiya halını alıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya