
Elxan Şahinoğlu: İsrail-İran müharibəsinin bölgəyə təsiri qaçılmazdır
Yusif Nəzərli
01:10 03.10.2024
Dünya
621
Müxtəlif ssenarilərə hazır olmalıyıq
Savaş şiddətlənərsə, İran vətəndaşları qonşu ölkələrə, o cümlədən Azərbaycana sığınmağa çalışacaqlar
HƏMAS və Livandakı “Hizbullah” İran hakimiyyəti tərəfindən himayə edildiyindən Tehranın İsrailə qarşı dolayı müharibəsi 2023-cü il oktyabrın 7-dən başlayıb. Hər iki silahlı-siyasi qruplaşmanı İranın maliyyə, hərbi-texniki və təlimatçılarla təmin etdiyi sirr deyil. Bunlar Tehranın regiondakı əlaltısı, proksi qüvvələri sayılır. Oktyabrın 1-də İsrailə raket hücumunu İran tərəfi sentyabrın 27-də İsrailin Beyrutu vurması nəticəsində “Hizbullah”ın baş katibi Həsən Nəsrullah və başqalarının öldürülməsinə cavab addımı sayır. Ümumilikdə, İsrail ərazisinə 180-dən çox raket atılıb. Mətbuatda 500-dən çox raket atıldığı bildirilir. Hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. İsrail Baş naziri Benyahim Netanyahu İrana cavab veriləcəyini bildirib. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri iddia edib ki, İsrail Hərbi Hava Qüvvələrinin iki bazası, həmçinin İsrail kəşfiyyat xidmətinin qərargahı vurulub. Hücumun başlamasından sonra ABŞ Prezidenti Co Bayden İran raketlərinin vurulmasını əmr edib. Ona görə də münaqişənin coğrafi baxımdan daha da genişlənəcəyi ehtimal edilir. Qonşu İrana yönəlik istənilən hərbi təcavüzün Cənubi Qafqaza və Azərbaycana təsirsiz ötüşməyəcəyi də şübhəsizdir. Qeyd etmək lazımdır ki, Bakı münaqişədə tərəf tutmur. Azərbaycan ümumən atəşin dayandırılmasını, məsələnin diplomatik yolla həllinə tərəfdar olduğunu deyir. Bununla belə regionda siyasi temperaturun qalxdığını, region və dünya ölkələrinin bu məsələdə ciddi narahatlıq keçirdiyini vurğulamaq lazımdır. Ona görə də hesab edilir ki, regiona yaxın coğrafiyada silahlı qarşıdurma varsa, bütün hallarda bu, Cənubi Qafqaz regionuna sirayət edə bilər. Cənubi Qafqazda özünün geosiyasi maraqlarını təmin etmək istəyində olan və bu istiqamətdə fəaliyyət göstərən ABŞ və Fransa Gürcüstan və Ermənistan üzərindən ciddi addımlar atmaqdadır. Ermənistan sistemli şəkildə hücum silahları ilə silahlandırılır və gələcək üçün hansısa proseslərə hazırlanır. Cənubi Qafqazda gərginlik şəraitinin yaradılmasında bəlli dairələr çox maraqlıdır. Bu baxımdan Yaxın Şərqdə cərəyan edən hadisələr fonunda Cənubi Qafqazda da vəziyyəti qarışdırmaq istiqamətində cəhdlər göstəriləcək.
Politoloq Elxan Şahinoğlu “Sherg.az”a deyib ki, İsrail İranın raket hücumuna qarşı qonşu ölkədəki müxtəlif hədəfləri vuracaq. Bu hədəflər içərisində İranın hərbi və uranın zənginləşdirilməsi mərkəzlərinin olması ehtimalı yüksəkdir. Ekspertin sözlərinə görə, İsrail İranda vurmağı planlaşdırdığı hədəfləri özü üçün illər əvvəl müəyyənləşdirib:

"Proksi qüvvələr və casus şəbəkələr üzərindən illərdir davam edən İran-İsrail müharibəsi birbaşa toqquşma mərhələsinə qədəm qoyub. İşin içində ABŞ də var. Rusiya İranı dəstəkləsə də, prosesə müdaxilə etməyəcək, əksinə, Qərbin diqqətinin Ukrayna müharibəsi üzərindən bir qədər yayınmasından öz məqsədləri üçün istifadə etməyə çalışacaq. Qonşuluğumuzdakı müharibə İranla bağlı müxtəlif nəqliyyat layihələrini də arxa plana keçirəcək. Ona görə də müharibənin uzanması halında bunun Azərbaycan üçün hansı təsirləri ola biləcəyi üzərində düşünmək məcburiyyətindəyik. Birincisi, İsrail-İran müharibəsi dövründə Azərbaycanın iştirakçısı olduğu “Şimal-Cənub” nəqliyyat dəhlizinin aktuallığı azalacaq. İkincisi, müharibənin şiddəti artarsa və İranda Suriyadakı proseslərin təkrarlanması ehtimalı artarsa, İran vətəndaşları qonşu ölkələrdə, o cümlədən Azərbaycanda sığınmağa çalışacaqlar. Üçüncüsü, müharibə fonunda İrandakı mühafizəkar dairələrin İsraillə əməkdaşlıq edən Azərbaycana təzyiqi artacaq. Əlbəttə, yazdıqlarımız ehtimallara əsaslanan proqnozlardır, biz bütün bunların baş verməsini istəmirik. Bununla yanaşı İsrail-İran müharibəsinin müxtəlif ssenarilərinə hazır olmalıyıq. Bu arada, Ermənistanın Baş naziri Nikol Paşinyanın tərsliyindən əl çəkib Konstitusiya dəyişikliyinə gedib Azərbaycanla sülh sazişini imzalamağa hazır olması yerinə düşərdi. Çünki Ermənistanın özü də İsrail-İran müharibəsinin ən pis ssenarilərinə hazır olmalıdır..".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm