Fransada saxlanılan Kemi Seba sərbəst buraxılıb
Fransada saxlanılan Kemi Seba sərbəst buraxılıb
11:07 17.10.2024
Dünya
326
Oktyabrın 15-də Parisdə saxlanılan Fransanın müstəmləkəçilik siyasəti əleyhinə, eləcə də anti-imperialist mövqeyi ilə tanınan siyasi aktivist Kemi Seba azadlığa buraxılıb.
APA-nın “Le Parisien”ə istinadən xəbərinə görə, o, oktyabrın 16-da buraxılsa da, rəsmi açıqlama bu gün yayılıb.
Kemi Sebanın vəkili bildirib ki, o, regionun daxili məsələlərinə kənar müdaxilə, eləcə də xarici dövlətin xeyrinə casusluq faktları üzrə qaldırılan cinayət işi çərçivəsində dindirilib.
Yekunda məhkəmə Kemi Sebanın əməllərində cinayət tərkibinin olmadığına qərar verib.
Qeyd edək ki, bir müddət əvvəl Fransanın Afrikadakı müstəmləkələrində əhaliyə qarşı həyata keçirdiyi radikal tədbirlərə etirazların öncül simalarından olan Kemi Seba Bakıda keçirilən Fransa Müstəmləkə Siyasəti Əleyhinə Beynəlxalq Konfsanda da iştirak edib. Tədbir çərçivəsində o, APA informasiya agentliyinə müsahibə verib.
Xatırladaq ki, Kemi Seba Afrikanın müstəqilliyi, suverenliyi və neo-kolonial güclərə qarşı mübarizə hərəkatının simvolik liderlərindən biri kimi tanınır. O, eyni zamanda Fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən biridir.
1981-ci ildə Fransanın Strasburq şəhərində doğulub.
O, Fransanın müstəmləkəçilik siyasətinin Afrika ölkələrinə, habelə dənizaşırı ərazilərə vurduğu ziyanı açıq və kəskin şəkildə tənqid etdiyinə və pislədiyinə görə Fransanın “qara siyahı”sına salınıb. Fransa K. Sebanı susdurmaq üçün bir neçə dəfə həbs edib, istədiyinə nail olmadıqda isə onu Fransa vətəndaşlığından məhrum edib.
Fransanın bu addımına cavab olaraq bir sıra Afrika ölkəsi Kemi Sebaya diplomatik immunitet verib.
“URGENCES PANAFRICANISTES” QHT-sinin rəhbəri, Niger dövlət başçısının Xüsusi müşaviri olan Kemi Seba bu gün müxtəlif sosial şəbəkələrdə geniş izləyici kütləsinə malikdir. Onun “Facebook”da 1.3 milyon, “Tiktok”da 370 000, “İnstaqram”da 306 000, “X”də 280 000, “Youtube”-da isə 230 000 izləyicisi var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
15:57 06.08.2026
Region
Tramp Ukraynanı arxa plana atıb - Maksim Yali
15:49 06.08.2026
Gündəm
Telefonla keçən yay uşağın beynini bərpa etmir - Psixoloq
15:49 06.08.2026
Elm və Təhsil
Ərdoğan Dövlət Baxçalı ilə görüşdü
15:34 06.08.2026
Gündəm