İran ABŞ-la İslamabad memorandumu çərçivəsində öhdəliklərinin icrasını dayandırıb

İran ABŞ ilə münaqişənin dayandırılmasına dair imzalanmış memorandum üzrə öhdəliklərinin icrasını dayandırdığını bəyan edib.

Sherg.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi açıqlayıb.

Onun sözlərinə görə, Tehran ABŞ-ın memorandumun şərtlərinə əməl etmədiyini hesab edir və buna görə də sənəd üzrə öz öhdəliklərini yerinə yetirmir.

“Biz də öz öhdəliklərimizin icrasını dayandırmışıq və hazırda diqqətimizi ölkənin müdafiəsinə yönəltmişik”, – deyə Qəribabadi bildirib.

Xatırladaq ki, Tehran və Vaşinqton iyunun 18-də münaqişənin başa çatdırılmasını nəzərdə tutan memorandum imzalamışdı. Lakin İran tərəfinin iddiasına görə, ABŞ iyulun 8-dən etibarən ölkəyə qarşı yeni hərbi əməliyyatlar həyata keçirib.