İranın "Tasnim" agentliyi iddia edir ki, ölkənin Silahlı Qüvvələri Hörmüz boğazından Tehranın icazəsi olmadan keçməyə cəhd göstərən Tayland bayrağı altında üzən gəmiyə zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Tayland bayrağı altında üzən gəmi İran Hərbi Dəniz Qüvvələrinin xəbərdarlığını nəzərə almayaraq Hörmüz boğazında hərəkətini davam etdirməyə çalışıb. Bundan sonra İran Silahlı Qüvvələri gəmiyə zərbə endirib.
Agentlik hücum nəticəsində dəyən ziyan və mümkün xəsarət alanlarla bağlı məlumat verməyib.