“Artıq İranda ayətullahların hakimiyyətinə son qoymağın vaxtıdır”.
Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin keçmiş müşaviri Mayk Flinn İranda hökumət əleyhinə davam edən etiraz aksiyaları barədə deyib.
“İran xalqı üçün dua edin. İllərdir qorxu kölgəsi, ayətullahların repressiv və avtoritar hakimiyyəti altında yaşayan xalq. Artıq onların ayağa qalxıb ölkələrini geri almağın vaxtıdır”, - o, sosial media hesabında yazıb.