İrandan ərəb ölkələrinə şok hədə: Vuracağıq!
İrandan ərəb ölkələrinə şok hədə: Vuracağıq!
09:18 11.10.2024
Dünya
397
İran Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinə xəbərdarlıq edib ki, Tehrana hücumda İsrailə yardım etsələr, onların neft obyektlərinə zərbə endirəcək.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bu, məlumatı Səudiyyə Ərəbistanının kral sarayına yaxın analitik Əli Şihaba da təsdiqləyib:
“İranlılar bildiriblər ki, Körfəz ölkələri öz hava məkanını İsrailə açsa, bu, müharibə aktı olacaq. Tehran həmçinin Ər-Riyada xəbərdarlıq edib ki, müttəfiqlərindən, məsələn, Yəmən və ya İraqdan da reaksiya gələ bilər”.
Qeyd olunur ki, ötən günlərdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və İranın xarici işlər naziri Abbas Arakçı arasında keçirilən danışıqlarda İsrailin İrana potensial hücumu diqqət mərkəzində olub:
“Bundan sonra Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ ABŞ-ı İsrailə İrana hücum etmək üçün hava məkanından və hərbi infrastrukturundan istifadə etməyə icazə verməyəcəkləri barədə xəbərdar edib. İsrail İordaniya və ya İraq ərazisinə zərbələr endirə bilər, lakin bunun üçün Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-nin hava məkanından istifadə strateji baxımdan vacib deyil. İsrail havada yanacaq doldurmadan istifadə edə bilər ki, bu da qırıcının Qırmızı dəniz üzərindən Hind okeanına uçmasına, Fars körfəzinə doğru getməsinə və sonra geri qayıtmasına imkan verəcək. Raket əleyhinə müdafiə və “Patriot” sistemlərinin mövcudluğuna baxmayaraq, Fars körfəzindəki bütün neft obyektlərinin qorunması problem olaraq qalır. Ona görə də əsas yanaşma diplomatik olaraq qalır - İrana region ölkələrinin təhlükə törətmədiyini izah etmək”.
Mənbə qeyd edib ki, region raket müharibəsi ilə üzləşə bilər:
“Özümüzü raket müharibəsinin ortasında tapacağıq. Xüsusilə İsrail İranın neft obyektlərinə hücum edərsə, ciddi narahatlıq var”.
Vurğulanır ki, Səudiyyə Ərəbistanı və ya BƏƏ-də neft obyektlərinə hücum neftin dünya bazarına tədarükü ilə bağlı problemlərə səbəb ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi