İranın bu hərəkəti vecimə deyil - Tramp

İranın anlaşma memorandumundan geri çəkilməsi mənim vecimə deyil.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Buna qətiyyən əhəmiyyət vermirəm. Əsas məqsədimiz İranın heç vaxt nüvə silahına sahib olmasına imkan verməməkdir”, - o bildirib.

Qeyd edək ki, ABŞ və İran arasında anlaşma memorandumu iyunun ortalarında tərəflər arasında müharibəni dayandırmaq məqsədilə imzalanmışdı.