İranın sərhəd narahatlığı şübhəlidir -ŞƏRH
Yusif Nəzərli
07:55 20.10.2024
Dünya
553
Quru sərhədlərin bağlı olması bütün dövlət sərhədlərimizə şamil olunan bir qərardır
İranın mədəni irs, sənətkarlıq və turizm naziri Rza Salehi Əmiri Məsud Pezeşkianın noyabr ayında Azərbaycana səfəri zamanı Tehran və Bakı arasında səyahətlə bağlı maneələrin aradan qaldırılacağına ümid etdiyini bildirib.
O, bu haqda dünən Təbrizdə öz işinə başlayan və üç gün davam edəcək Beynəlxalq Turizm və Sənətkarlıq Sərgisi çərçivəsində çıxış edərkən deyib.
R.S.Əmirinin sözlərinə görə, hökumətin əsas məqsədi xarici turistlərin öz şəxsi avtomobilləri ilə İrana səfər etməsidir. Hədəf ölkələr arasında isə İraq, Azərbaycan və Ermənistan var: “Biz hesab edirik ki, İran və Azərbaycan arasında turizmə maneələr aradan qaldırılmalıdır. Təbriz azərbaycanlı turistlər və qonşu ölkələr üçün ilk səyahət istiqamətidir. Ümid edirəm ki, noyabrda Azərbaycana səfərimizlə bu yöndə ciddi işlər aparılacaq və əlaqələrin inkişafı ilə iki ölkə arasında turizmə maneələr aradan qaldırılacaq”.
Millət vəkili Fazil Mustafanın fikrincə, İran prezidentinin Azərbaycana səfərindən sonra bu məsələ müzakirəyə çıxarıla bilər. Onun sözlərinə görə, hər hansı bir qərarın qəbul olunması isə dövlət rəhbərlərinin iradəsinə bağlı məsələdir:
“İlk dövlət arasındakı münasibətlərin yaxşılaşmasına, aradakı soyuqluğun ortadan qalxmasına xidmət edəcəksə, bu təklif rəsmi Bakı tərəfindən də müsbət qarşılana bilər.
Quru sərhədlərin bağlı olması bütün dövlət sərhədlərimizə şamil olunan bir qadağadır və heç bir dövlətə istisna haqq tanınmayıb. Gələcəkdə bu istiqamətdə hər hansı addımların atılıb-atılmayacağını da indidən demək olmur. Lakin indiki halda belə bir təklif və ya zərurətlə bağlı bizə bir müraciət edilməyib”.
Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan isə hesab edir ki,
quru sərhədlərin açılmaması səbəbsiz deyil. Hər şeydən öncə təhlükəsizlik baxımından hələ ki, buna ehtiyac var ki, bağlı qalsın:
“Səbəbsiz yerə bu belə qala bilməz. Vətəndaşların müəyyən əziyyət çəkdikləri də məlumdur. Ancaq İranın bundan narahat olması şübhəlidir. Çünki İran agentura şəbəkəsini və narkotik ixracatını daha rahat fəaliyyətə keçirmək istəyir. Əgər xarici siyasətlərində Azərbaycana münasibətdə müsbət dönüş etməyiblərsə, sərhədin açılması istəyi şübhəsiz ki, səmimi görünmür. Ancaq İran Zəngəzur və digər mövzularda öz mövqeyini dəyişib qonşuluq, dostluq münasibətlərində səmimi olarsa, sərhədlər mövzusunu düşünmək olar. Ələlxüsus da quru sərhədləri təkcə İranla bağlı deyil. Bu, digər qonşu ölkələrlə də belədir. Ermənistan-Azərbaycan münasibətlərində sülh müqaviləsi və sair mövzular var ki, hələ açıqdır. Bu və digər nüanslar, Ermənistanın sürətlə silahlanması və ona bəzi dəstəklər əsas verir ki, təhlükəsizlik sarıdan quru sərhədləri hələ bağlı qalsın. Düşünürəm ki, bu çox da uzun çəkməz. Çünki həllini gözləyən bəzi məsələlər artıq sona çatmaq üzrədir və çox da uzaq olmayan zamanda sərhədlərin açılmasına baxıla bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm