İtaliyanın cənubunda, Brindizi şəhəri yaxınlığında dəyəri təxminən 7 milyon avro olan lüks yaxta yanğın nəticəsində qismən batıb.
Sherg.az xəbər verir ki, hadisə oktyabrın 3-də səhər saatlarında baş verib. Sanlorenzo markalı yaxtada yanğın baş verib və hadisə yerinə gələn yanğınsöndürənlər alovu nəzarətə götürüblər. Lakin bir müddət sonra gəmidə yanğın yenidən başlayıb və göyə qatı qara tüstü yüksəlib.
Yanğının söndürülməsinə bir neçə yanğınsöndürən briqadası, xüsusi texnika və liman xidmətinə məxsus kater cəlb olunub. Nəticədə yaxta ciddi zədələnib və qismən suya qərq olub. Qəzaya uğrayan gəmi körpüdən uzaqlaşdırılaraq yedəklənib.
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.